ortaliqda-qalan-ermeni-deputat-video

Ortalıqda qalan erməni deputat - VİDEO

"Maariflənmiş Ermənistan" partiyasının lideri, deputat Edmond Marukyan Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasından əvvəl təkbaşına etiraz aksiyası keçirib. 

O əlində plakat tutaraq binanın foyesində o baş-bu başa gedib. Plakatda üç dildə "Azərbaycanda saxlanılan erməni əsirlərə azadlıq" şüarı yazılıb. 

Maraqlıdır ki, ortalıqda qalan erməni deputata ümumiyyətlə fikir verən olmayıb. Deputat guya bu üsulla diqqət çəkmək, beynəlxalq ictimaiyyəti bizə qarşı yönəltmək istəyib. 

Amma onun bu arzusu ürəyində qalıb. 

Baku TV-nin məsələ ilə bağlı süjetini təqdim edirik: