pakistanin-azerbaycana-yeni-sefiri-teyin-edilib

Pakistanın Azərbaycana yeni səfiri təyin edilib

Pakistanın Baş naziri İmran Xan ölkəsinin Azərbaycandakı yeni səfirinin namizədliyini təsdiqləyib.

İnsider.az xəbər verir ki, yeni səfir Bilal Hai olacaq.

Hazırkı səfir Səid Xan Mohmand 2016-cı ildən bəri diplomatik nümayəndəliyə rəhbərlik edir.