Milli Məclisin iclasında Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişə baxılıb.
Sənəd səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.