parlament-xususi-teyinatlilarla-bagli-senedi-tesdiqledi

Parlament xüsusi təyinatlılarla bağlı sənədi təsdiqlədi

Milli Məclisin iclasında Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında imzalanan “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

Deputatlar sənədi təsdiqləyiblər.

Sənəddə qeyd edilir ki, təlimlər regionda xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılması və koordinasiyasını asanlaşdırmaq məqsədi daşıyacaq.

Sənəddə Azərbaycan, Türkiyə və Gürcüstan arasında həmin Anlaşma Memorandumu çərçivəsində məxfi məlumatları mübadilə edə biləcəyi göstərilir.

Oxu.Az