Milli Məclisin növbəti iclasının vaxtı iyunun 23-dən iyunun 25-nə dəyişdirilib.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin müzakirəsi yenə də təxirə salınıb.
İnsider.az xəbər verir ki, sənəd Milli Məclisin iyunun 23-dən iyunun 25-nə vaxtı dəyişdirilən plenar iclasının gündəliyindən çıxarılıb.
Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi Milli Məclisin iyunun 23-də təxirə salınan iclasının gündəliyinə daxil edilmişdi. Həmin iclasın gündəliyində 17 məsələnin müzakirəsi nəzərdə tutulurdu.