parlamentin-iqtisadi-blokunun-payiz-hazirligi-sosial-sebekelerin-tenzimlenmesi-sahibkarliga-destek

Parlamentin iqtisadi blokunun payız hazırlığı: Sosial şəbəkələrin tənzimlənməsi, sahibkarlığa dəstək...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi parlamentin payız sessiyası üçün bir neçə qanun layihəsinin qəbulunu planlaşdırır.

İnsider.az xəbər verir ki, “Lombardlar haqqında” və “Kabel və internet televiziyası haqqında” qanun layihələrinin müzakirəyə çıxarılması gözlənilir.

Bildirək ki, “Lombardlar haqqında” qanun layihəsi ikinci oxunuşdan keçsə də, sənəd üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.  

Sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi məsələləri öz əksini tapıb. 

“İnformasiya təhlükəsizliyi” haqqında qanun layihəsinin müzakirəsi də parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gündəliyində dayanır.

Həmçinin, “Sosial şəbəkələrdə tənzimləmələr”, “Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması” “İnnovativ fəaliyyətin stimullaşdırılması” haqqında qanun layihələri ətrafında müzakirələrin və araşdırmaların aparılması, uyğun olarsa müvafiq qanun layihələrinin qəbulu planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Oxu.Az