PayPal ödəmə sistemi Facebook-un Libra kriptovalyuta layihəsini tərk edib.
İnsider.az xəbər verir ki, daha öncə Viza, Mastercard və digər şirkətlər layihəni tərk etmək haqqında düşünürdülər.
Oktyabr ayının 4-də Facebook-un Libra kriptovalyuta layihəsindən uzaqlaşdıqlarını bəyan edən PayPal nümayəndələri, əsas bizneslərinə diqqət yönəldəcəklərini bildiriblər.
Qeyd edək ki, PayPal layihəni tərk edən ilk şirkət oldu. Səbəb olaraq isə bəzi ölkələrin tənzimləyiciləri ilə mümkün problemlərdən çəkinirlər, Facebook isə Libra vasitəsilə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsini qarşısının alınmasına dair aydın cavab verə bilmir.
Facebook 2019-cu ildə Libranı və Calibra kritovalyutasından istifadə üçün cüzdan təqdim edib. şirkət 2020-ci ildə servisi işə salmağı düşünür. sosial şəbəkənin tərəfdaşları “Mastercard”, “Visa, Spotify”, “PayPal”, eləcə də digər maliyyə və texnoloji şirkətlər olub.
Səbinə Səmidxan