pentaqonun-musteqillik-gunune-xerclediyi-vesait-aciqlanib

Pentaqonun Müstəqillik gününə xərclədiyi vəsait açıqlanıb

Amerikanın Müdafiə Naziliyi ABŞ-da iyulun 4-ü qeyd edilən Müstəqillik gününün bayram  edilməsinə 1,2 milyon dollar ayırıb. İnsider.az bu barədə “CBS”-ə istinadla xəbər verir.

Telekanalın qeyd etdiyinə görə, bu, bayrama xərclənən tam məbləğ deyil. Məbləğə, xüsusilə, hava paradına və Vaşinqtona hərbi texnikanın çatdırılmasına olan xərclər daxildir.

Qeyd edək ki, bu il ABŞ-da təxminən son 30 ildə ilk dəfə bayrama nizamlanmış hərbi parad keçirildi.

Samirə Məmmədova