Moskva Bakı və Yerevanı təmkinli olmağa çağırır və vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
İnsider.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.
O, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik səylərinə hazır olduğunu təsdiqləyib.
“Biz Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs çərçivəsində öhdəliklərinə əməl etməyə çağırırıq”, - deyə prezidentin mətbuat katibi vurğulayıb.