“Pinterest” istifadəçilərin “ emosional halının yaxşılaşdırılması” üçün yeni funksiya işə salıb. İnsider.az bu barədə şirkətin bloquna istinadən xəbər verir.
Bundan sonra insan stress və ya həyəcan barədə şəkillər axtardıqda, sosial şəbəkə ona Stenford Tibb Məktəbinin ekspertləri tərəfindən tərtib edilmiş məşqləri və təlimatları təklif edir.
Əgər istifadəçi axtarış yerinə “işdə həyəcan” (work anxiety) yazsa, o, rahatlamaya, tənəffüs praktikası və təlimatlarına, öz emosiyalarının necə qəbul edilməsinə, minnətdarlıq hiss etməyə və ya diqqəti başqa şeyə yönəltməyə dair məşqlər görəcək.
Qeyd edək ki, daha əvvəl “Pinterest” artıq interfeysinə psixoloji yardım alətlərini inteqrasiya edib – məsələn, istifadəçi axtarış sətrinə “bulimiya”, “intihar” və ya “depressiya” daxil etdikdə, servis bu mövzularla bağlı şəkillər deyil, kömək təklifi olan ismarışlar əks etdirir.
Samirə Məmmədova