piyadalarin-niyyetini-anlayan-agilli-isiqforlar-hazirlanib

Piyadaların niyyətini anlayan ağıllı işıqforlar hazırlanıb

Avstriyadakı bir qrup tədqiqatçı yolun kənarında gözləyən piyadaların yolu keçmək istəyib istəmədiklərini anlaya bilən yeni işıqforlar hazırladıqlarını açıqlayıb.

İnsider.az xəbər verir ki, yeni ağıllı işıqforlar 7x4 metrlik aralı yol kənarında gedib-gələn, qarşıdan-qarşıya keçmək üçün gözləyən piyadaları ayırd edə bilir. Sistem yol kənarında gözləyən piyadaları aşkar etdiyi zaman işıq nəzarətçisinə bir siqnal göndərərək rəngini dəyişir. İnsanların beləcə yol kənarlarlarındakı işıqforlarda olan piyada düymələrini sıxmağa ehtiyac yoxdur. Ağıllı trafik işıqları yol kənarında gözləyən piyadaların izdihamını gördükdə, avtomatik olaraq yaşıl yanma vaxtını artırır. Əlavə olaraq, işıqlar piyada olmadıqda yaşıl işığı daim aktiv saxlayır.

Tədqiqatçılar bunu ilk olaraq Vyana küçələrində müəyyən nöqtələrdə yerləşdirərək 2020-ci ilin sonuna qədər sınaqdan keçirməyi planlaşdırıblar.