prezident-2023-cu-il-dovlet-budcesini-tesdiqledi

Prezident 2023-cü il dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.

Qanunla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 milyard 16 milyon 998 min manat, yerli gəlirləri 756 milyon 980 min manat, mərkəzləşdirilmiş xərcləri 32 milyard 583 milyon 992 min manat, yerli xərcləri 769 milyon 286 min manat) məbləğində təsdiq edilib.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərman da imzalayıb.