prezident-dovlet-agentliyine-6-2-milyon-manat-ayirdi

Prezident Dövlət Agentliyinə 6,2 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncam ilə, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə  2021-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,2 milyon manat ayrılıb.