Prezident İlham Əliyev Milli Məclisin dekabrın 5-də qəbul etdiyi “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanunları təsdiq edib.
Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 10,4 % çox – 6 919,9 milyon manat təşkil edəcək.
2024-cü ildə şsizlikdən Sığorta Fondunun (İSF) büdcəsi isə 2023-cü ilə nisbətən 9,3 % çox – 238 milyon manat olacaq.