Bu gün Prezident İlham Əliyevin imzalandığı sərəncamlar ilə, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətininbaşçısı, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.
Maja xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, İmişli və Ağstafanın əvvəlki icra başçıları Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıblar.
Elçin Rzayev indiyədək Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini çalışıb. E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də işləyib.
Seymur Orucov YAP-ın Səbail rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.