prezident-ilham-eliyev-azerbaycan-hokumetinin-terkibini-tesdiqledi-siyahi

Prezident İlham Əliyev Azərbaycan hökumətinin tərkibini təsdiqlədi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

İnsider.az xəbər verir ki, hökumətin tərkibinə aşağıdakı şəxslər daxildirlər:

- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;

- Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov;

- Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafayev;

- Azərbaycan Respublikasının daxili işlər naziri - Vilayət Süleyman oğlu Eyvazov;

- Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri - Muxtar Bahadur oğlu Babayev;

- Azərbaycan Respublikasının elm və təhsil naziri - Emin Eldar oğlu Əmrullayev;

- Azərbaycan Respublikasının energetika naziri - Pərviz Oqtay oğlu Şahbazov;

- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rafiq oğlu Babayev;

- Azərbaycan Respublikasının fövqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov;

- Azərbaycan Respublikasının gənclər və idman naziri - Fərid Fazil oğlu Qayıbov;

- Azərbaycan Respublikasının xarici işlər naziri - Ceyhun Əziz oğlu Bayramov;

- Azərbaycan Respublikasının iqtisadiyyat naziri - Mikayıl Çingiz oğlu Cabbarov;

- Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - Məcnun Qadir oğlu Məmmədov;

- Azərbaycan Respublikasının maliyyə naziri - Samir Rauf oğlu Şərifov;

- Azərbaycan Respublikasının mədəniyyət naziri - Adil Qabil oğlu Kərimli;

- Azərbaycan Respublikasının müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov;

- Azərbaycan Respublikasının müdafiə sənayesi naziri - Vüqar Valeh oğlu Mustafayev;

- Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbi oğlu Nəbiyev;

- Azərbaycan Respublikasının səhiyyə naziri - Teymur Yusif oğlu Musayev;

- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Bahar Əvəz qızı Muradova;

- Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Rauf oğlu Muradov;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri - Şahin Soltan oğlu Bağırov;

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev;

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri - Tahir Yaqub oğlu Budaqov;

- Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Anar Adil oğlu Quliyev;

- Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev;

- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Əfqan oğlu Hüseynov;

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Əli Nağı oğlu Nağıyev;

- Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi - Orxan Sedyar oğlu Sultanov;

- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - Mürsəl Qorxmaz oğlu İbrahimov;

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri - Zaur Rauf oğlu Mikayılov;

- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri - Fuad Hümbət oğlu Nağıyev;

- Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri - Qoşqar İlahi oğlu Təhməzli;

- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi - Əsgər Adil oğlu Rəsulov.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.