prezident-ilham-eliyev-emek-pensiyalari-ile-bagli-qanuna-deyisikliyi-tesdiqleyib

Prezident İlham Əliyev əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.