Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına və Azərbaycan Milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına mütəşəkkil hazırlığının və bu Oyunlarda iştirakının lazımi səviyyədə təmin olunması məqsədilə qərara alınıb.
Sərəncam ilə Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.