Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
İnsider.az xəbər verir ki, sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif olunb. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülub.
2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına təltif edilib.