Azərbaycan Respublikasının Prezidenti İlham əliyev "R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilməsi haqqında" Sərəncam imzalyıb.
Sərəncam ilə, Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.
Prezidentin digər Sərəncamı ilə, Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilsib.
Qeyd edək ki, Rəşad Orucov 1978-ci ildə Bakıda anadan olub.
2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Bu ilin may ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heytənin üzvü seçilib.
2019-cu ilin sentyabrında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.