prezident-pirallahi-ucun-pul-ayirdi-serencam

Prezident Pirallahı üçün pul ayırdı - SƏRƏNCAM

Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1 milyon manat ayrılıdı.

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.