Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.
İnsider.az xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə müəssisənin fəaliyyəti barədə məlumat verilib.
Prezident İlham Əliyev zavodu işə salıb.
AZERTAC