prezident-xarici-olkelerin-herbi-numayendelerini-hemin-eraziye-devet-edeceyik

Prezident: Xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik

“Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, bu hərbi təxribatı kim törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verir və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır.  Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”, - dövlət başçısı bildirib.

©️ Report