prezident-xizi-ucun-pul-ayirdi-serencam

Prezident Xızı üçün pul ayırdı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Xızı rayonunun Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalyıb.

Sərəncam ilə,  Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə 2021-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.