Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilir.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev toplantıda iştirak edir.
Yubiley tədbirinə hökumət rəsmiləri, Milli Məclisin deputatları, partiya üzvləri, ölkədə fəaliyyət göstərən digər partiyaların sədrləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və KİV rəhbərləri də qatılıblar.