Prezident İlham Əliyev "Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
İnsider.az xəbər verir ki, sərəncamla Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manat ayrılıb.