“İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümyəndəlikləri ilə yanaşı icra hakimiyyətləri də var. Bunların fəaliyyəti necə tənzimlənəcək?”
İnsider.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputatın sualına cavab olaraq parlament sədrinin I müavini Əli Hüseynli deyib ki, Prezidentin fərmanında xüsusi nüməyəndəlik institutunun işğaldan azad olunmuş ərazilərdə yaradılması nəzərdə tutulub: “Xüsusi nümayəndəliklərlə bağlı əsasnamə hazırlanarkən yerli icra hakimiyyəti orqanının əsasnaməsi öyrənilib. Orada kəsişən nöqtələr çox azdır. Xüsusi nümayəndələr ərazi ilə bağlı, yerli icra hakimiyyətləri isə əhali ilə bağlı fəaliyyət göstərir. Bütövlükdə sənədlər, səlahiyyətlər və statuslar tamamilə fərqliddir. Ona görə hər hansı bir ikihakimiyyətlilik yarana bilməz. Bu idarəetmə gələcək üçün özünü doğrultsa digər yerlərdə də tətbiq oluna bilər”.
Report