“Avito” və “Yell” rəy saytının keçmiş top-menecerləri “Promile.me” layihələrinin idarə olunması üçün servis işə salıblar.
İnsider.az-ın məlumatına əsasən, “Promile.me” dizayn studiyalarına və memarlıq bürolarına layihələrin idarə edilməsində kömək edəcək. Platforma həmkarlar və müştərilərlə ünsiyyətdə olmağa, həmçinin işlərin statusu, müddəti və materialları ilə layihələrin yol xəritələrini yaratmağa imkan verir.
Şirkət Milanda işə salınıb. Servisin beta-versiyası 2019-cu ilin yanvar ayından işləyir, lakin rəsmi işə salınma may ayında baş tutub. Əldə olunan məlumata əsasən, italyan və rus şirkətləri platformada 100-dən çox layihə aparırlar. “Promile.me”-nin baş ofisi Milanda, tərtibat ofisi isə Moskvada yerləşir.
“Promile.me”-nin işə salınmasına təsisçilər 130 min avroya yaxın sərməyə yatırıblar. Layihədə investor və təsisçilərin arasında payların necə bölüşdüyü açıqlanmır, lakin pay çoxluğunun təsisçilərdə olduğu deyilir.
Samirə Məmmədova