Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
İnsider.az xəbər verir ki, Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə V.Putinin sözçüsü Dmitri Peskov bildirib.
“Görüş çərçivəsində həmçinin bu respublikaların sərhədində davam edən gərginlik fonunda Rusiyanın MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistanla münasibətləri müzakirə edilib”, - D.Peskov söyləyib.