Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan "MAKS -2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışında iştirak ediblər.
İnsider.az-ın verdiyi məlumata görə, Rusiyaya işgüzar səfər edən Türkiyə prezidenti Moskva vilayətinin Jukovski aerodromunda açılan Beynəlxalq Aviasiya və Kosmik Salonuna gedib.
Rusiya və Türkiyə liderləri "MAKS-2019"un açılışında çıxış ediblər. Daha sonra liderlər aviasərgidə nümayiş olunan aviakosmik sənayenin nümunələri ilə tanış olublar.
Qeyd edək ki, daha sonra Putin və Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub. Görüşdə Suriya münaqişəsi, İdlibdəki vəziyyətin müzakirə olunacağı gözlənilir.
©APA