putin-ve-ilham-eliyev-pekinde-gorusdu

Putin və İlham Əliyev Pekində görüşdü

Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyevin Pekində görüşü keçirilib. 

İnsider.az xəbər verir ki, “RİA Novosti” nin verdiyi məlumata görə, Putin görüş zamanı Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin bu ilin avqustunda Rusiyada keçiriləcəyini bildirib. 

“Biz Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin bu ilin avqustunda Rusiyada keçirilməsi ilə bağlı razılığa gəlmişik”, - Putin bildirib. 

O qeyd edib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 14% artaraq, 2,5 milyard dollara çatıb.

©Oxu.az