qazaxistanda-prezident-seckilerinde-sesverme-basa-catib

Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb


Bazar günü Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb.

İnsider.az bildirir ki, prezident postu uğrunda yeddi namizəd mübarizə aparır. Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyasından namizəd hazırkı Prezident Kasım-Jomart Tokayevdir. “Ak Jol” demokratik partiyasından isə prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaevadır.

O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır. Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdur.

Qazaxıstan Konstitusiyasına əsasən, ölkə prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir.

Yerli vaxtla saat 21.00-da Qərbi Qazaxıstan, Atıraus, Aktyubin və Manqistau vilayətlərində də seçki məntəqələri bağlanıb.

Qazaxıstanın digər vilayətlərində səsvermə yerli vaxtla saat 20.00-da başa çatıb.Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 20.00-a seçici fəallığı 77 faiz olub.

Daha 64 məntəqə həmin gün Azərbaycan da daxil olmaqla 51 xarici ölkədə açılıb. Xaricdə təqribən 15 min Qazaxıstan vətəndaşı səs vermək hüququ əldə edib.

©oxu.az