Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 70,76 faiz seçici Kasım-Jomart Tokayevə səs verib.
İnsider.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib.
Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.
K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb.