qebele-elektrik-yarimstansiyasi-yenidenqurmadan-sonra-istismara-verilib

“Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

İnsider.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.