Rusiyanın “NtechLab” şirkəti tərtib etdiyi “FindFace Security” üz tanıma texnologiyasının 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında tətbiqi üçün FIFA və ölkə rəsmilərilə danışıqlar aparır.
İnsider.az bu barədə “TASS”-a istinadla xəbər verir.
Şirkətin baş direktoru Aleksandr Minin nəşrə bildirib ki, pilot layihə cari ilin sonuna qədər reallaşdırılacaq. Minin qeyd edib ki, onlar “irqi mənsubiyyətdən asılı olmadan bütün üzləri müəyyən edə bildikləri üçün böyük üstünlükləri var”.
Layihə çərçivəsində bir neçə şəhərdə eyni vaxtda stadionlarda, hava limanlarında, dəmir yolunda üz tanıma texnologiyası olan yüzlərlə kameraların işləməsi nəzərdə tutulur.
Qeyd edək ki, “FindFace” texnologiyası 2018-ci ildə Rusiyada keçirilirən futbol üzrə dünya çempionatında 180-dən çox qanun pozucusunun aşkar edib saxlanılmasına kömək edib.
Samirə Məmmədova