“Rayffayzenbank” sosial şəbəkələr və messencerlər üzərindən kredit sorğusu servisini işə salır. Servis bankın Rusiyada filiallarının olmadığı şəhərlərdə işləyəcək. İnsider.az bu barədə “RBK”-ya istinadla xəbər verir.
Kredit təşkilatı yeniliyin yeni müştəriləri cəlb etməyə kömək edəcəyini hesab edir. Servisin mayda başlayan test edilməsi “VKontakte”, “Telegram” və “Viber”-də çalışır. Servis 100 mindən çox əhalisi olan təxminən 50 şəhəri əhatə edir. Yayın sonunacan servis bankın şöbələrinin (bölgə mərkəzləri) olduğu daha 41 şəhərə yayılacaq. Ümumilikdə isə 2019-cu ilin sentyabr ayınadək bu servis bütün müştərilərə əlçatan olacaq.
Məlumat verilir ki, pilot verisyada kredit ərizələrin çoxu “Viber” üzərindən daxil olub – 44%. “VKontakte” və “Telegram” üzərindən isə müvafiq olaraq 30% və 26% müraciətlər qeydə alınıb.
Bildirilənə görə, anketin doldurulması 15 dəqiqə alır, əgər əməliyyat natamamdırsa, bot bu barədə xatırlatma göndərəcək, yəni yarıda qalmış ərizə tərtibatına bir qədər sonra da dönmək mümkündür. Zərurət yarandıqda, bot müştərilərə lazımi məlumatlara, əgər onlar açıq mənbələrdə varsa (məsələn, işəgötürənin VÖEN-i), hardan baxa biləcəklərinə kömək edəcək. Ərizə doldurulandan sonra isə istifaədçi əməliyyatın uuğurla sonlandırılması barədə push-bildiriş və ya SMS alacaq. Bir saat ərzində isə bankın əməkdaşı ona məlumatların yoxlanılması, həmçinin müqavilənin imzalanması və sənədlərin orijinallarının təhvil verilməsi üçün kuryerlə görüş vaxtının dəqiqləşdirilməsinə görə zəng edəcək.
Qeyd edək ki, Rusiyanın “Rayffayzenbank” bankı 2020-ci ilə hazırda pilot rejimdə çalışan biometrik identifikləşdirmə sistemini tam funksionallığı ilə işə salmağa hazırlaşır.
Samirə Məmmədova