Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.
İnsider.az xəbər verir ki, məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib.
S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.
DİN-in Mətbuat xidmətindən faktı təsdiqləyiblər.