reklam-haqqinda-qanuna-bir-sira-deyisiklik-teklif-edilib

Reklam haqqında Qanuna bir sıra dəyişiklik təklif edilib

Audiovizial Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audivizual mühitdə reklam fəaliyyətinin tənzimlənməsi" mövzusunda tədbirdə deyib.

O bildirib ki, təkliflərdən biri reklamla bağlıdır:

"Reklamın 1 saatda - 12 dəqiqə (əvvəlki qaydada) verilməsi, 1 saatda - 3 blok şəklində təqdim edilməsi təklif olunub. 20 dəqiqədən az olan proqramlar, uşaq və dini proqramlar reklamla kəsilə bilməz, rəsmi matəm günlərində reklam verilə bilməz. Həmçinin 1 sutkada 60 dəqiqəlik və maksimum 6 blok teleticarət verilməsi təklif edilib”.

APA