reklam-mesajlarinin-ve-taninmayan-nomrelerden-gelen-sms-in-tehlukeleri-aciqlanib

Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb

SMS-i açmazdan əvvəl hər zaman “Göndərən” sətrində əks olunan adı yoxlamalısınız. Əgər “Push-pəncərə”də “İnfo” kimi ümumi ad qeyd olunubsa, yaxud tanımadığınız nömrədən mesaj gəlibsə, onu açmaq tövsiyə olunmur.

“Praym”ın məlumatına görə, bu barədə Rusiya Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisi Alesya Borovikova xəbərdarlıq edib.

O, həmçinin “gəlib çatmayan MMS-ə” görə SMS-də göndərilən linkə keçməyi də məsləhət görməyib.

Mütəxəssis adı məlum olmayan və emosional bəzənmiş mesajların, yaxud aksiyalar və uduşlar haqqında ismarıcların tipik saxtakarlıq əlaməti olduğunu vurğulayıb.

“Bu cür SMS-lərdə olan viruslar şəxsi məlumatları oğurlaya və hətta istifadəçini kartdakı bütün vəsaitdən məhrum edə bilər”, - deyə Borovikova sözlərini yekunlaşdırıb.

Oxu.Az