ABŞ-ın Braun Universitetinin mütəxəssisləri rəqəmli təsvirləri metabolit molekullarında saxlamağa nail olublar.
İnsider.az “naukatv.ru” saytına istinadən yazır ki, maqnit daşıyıcıları hesablama texnikası sahəsində ən səmərəli məlumat daşıyıcıları hesab olunur. Ancaq 2016-cı ildə “Microsoft” şirkəti informasiyanın saxlanılması vasitəsi kimi dezoksiribinuklein turşusundan (DNT) istifadəyə əsaslanan təcrübə keçirməyə başlayıb.
İndi Braun Universitetinin alimləri rəqəmli məlumatların süni metabolomlarda (şəkər və aminturşulardan ibarət olan maye) saxlanılmasına nail olublar. Tutumu 2 KB-dək olan rəqəmli təsvirlər xüsusi hazırlanmış metabolit məhlullarında saxlanılıb. Hər bir metabolom 6-dan 12-dək bit məlumat saxlamaq qabiliyyətinə malikdir. Metal lövhələrdə yerləşdirilmiş kiçik ölçülü damcılar qurudulmaq üçün nəzərdə tutulub, bundan sonra məlumatlar mass-spektrometrin tətbiqi ilə oxunulub.
Yeni metod hələ ki terabaytlıq məlumatlar üzərində əməliyyat apara bilmir, amma mütəxəssislər onu informasiyanın saxlanılması üçün çox perspektivli hesab edirlər.
© ICTnews