Dövlətlərin yarandığı dövrdən bəri mütəfəkkirlər, daha böyük təsir gücünə nail olmaq üçün, bu dövlətlərin səmərəli şəkildə idarə edilməsi barədə düşünüblər. Hər bir tarixi epoxa bu suala, idarəetmənin məğzi deyil sadəcə forması dəyişdiyi üçün indi də uğurla tətbiq edilən özünəməxsus cavablar verib. Amma qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı epoxasında həm dövlətin, həm də onun beynəlxalq münasibətlər sistemində yeri və davranışı, bununla yanaşı onun qüvvəsi də dəyişir.
Beynəlxalq münasibətlərdə qüvvə konsepsiyasının müxtəlif tərifləri mövcuddur, buna baxmayaraq o, birbaşa və ya dolayı yolla iqtisadi, yaxud da hərbi potensialla uzlaşdırılır.
Digər tərəfdən “Yumşaq və Sərt qüvvələr” və onların ahəngindən yaranan “Ağıllı qüvvə” və bir qədər yeni olan “Kəskin qüvvə” müəyyən resurslar sayəsində bir ölkənin öz maraqları axınında digər ölkəyə təsirini əks etdirir. Rəqəmsal texnologiyalar dövründə dövlətlərin rolu dəyişir, onların ənənəvi mənada qüvvəsi isə gözə çarpacaq dərəcədə zəifləyir. “Apple”, “Facebook”, “Alphabet”, “Microsoft” və s. kimi şirkətlər bəzi ölkələrin ÜDM-dən daha çox kapitala sahibdir, səhmlərinin qiyməti artdıqca isə onların dünyada nüfuzu də artır. Əgər 2006-cı ildə ən bahalı TOP-5 şirkətlər siyahısına yalnız bir texnoloji şirkət daxil olurdusa, 2019-cu ildə onların sayı bu siyahıda 4-ə çatıb. Neft şirkətləri hakimiyyət dairələrində yetərincə nüfuza malik olublar və hələ də malikdirlər. Amma bu nüfuz lobbi səylərinin hesabına əldə edilib, yəni o qədər də dayanıqlı deyil.
Əlbəttə texnoloji şirkətlər, öz maraqlarının lobbizminə daha çox pul xərcləyir, amma neft və maliyyə şirkətlərindən fərqli olaraq, onların üstün cəhəti – istifadəçilərin, hətta bir ölkə çərçivəsindən çox kənara çıxan xalqın dəstəyi, bir növ sevgisidir. Texnoloji şirkətlər indiyə qədər heç kəsin edə bilmədiyini, dünyanı birləşdirməyi bacardı! İş ondadır ki, ənənəvi şirkətlərdən fərqli olaraq texnoloji şirkətlər yalnız xidmət göstərdikləri bazaları deyil, eləcə də hökumət tərəfindən tənzimlənən qaydaları da “çökdürdülər”.
Bu şirkətlər tənzimləyici orqanlara (mürəkkəb alqoritmlərin və süni intellektin yardımı ilə istifadəçilərə aid informasiya və böyük həcmli məlumatların dekodlaşdırılması vasitəsilə öz servis və məhsullarının yaxşılışdırılması ilə) birbaşa təsir əvəzinə, müştərilərinin qəlbini və ağlını fəth edərək, onları dövlət tənzimləyici orqanlarına yetərincə güclü təzyiq göstərə biləcək kritik kütləyə çevirib.
Qeyd edək ki, Kissincer vaxtilə “Neftə nəzarət edərək, siz bütöv dövlətlərə nəzarət edirsiniz; ərzaqlara nəzarət edərək, siz xalqa nəzarət edirsiniz”, deyib. Rəqəmsallaşma dövründə isə bu postulata “Texnologiya və innovasiyalara nəzarət edərkən, siz bütün dünyaya nəzarət edirsiniz” əlavəsini etmək lazımdır. Daha dəqiq desək “yeni dünyaya” nəzarət edirsiniz. “Yeni dünya” dedikdə Y və Z nəsli nəzərdə tutulur, bu isə qrafikdən göründüyü kimi, planetin əhalisinin 60%-dir.
Hər iki nəslin texnologiyalar ilə münasibəti çox əla olmasına baxmayaraq, Z nəsli milleniallardan fərqli olaraq qlobal şəbəkə epoxasında doğulduğu üçün həyatını internetsiz təsəvvür edə bilmir. Bu nəslin nümayəndələrindən birinin sözlərinə görə “Z nəsli virtual və real arasında heç bir fərq görmədiyi ilə seçilir”. Məşhur fransız marketoloqu Kloter Rapay “Qlobal kod” kitabında yazır: “Ətrafınızda dünyanın, şəhərlərin və cəmiyyətlərin necə dəyişdiyini daha yaxşı anlamaq istəyirsinizsə, bunun üçün ən yaxşı mənbə növbəti nəslin nümayəndələri ilə ünsiyyət ola bilər”.
Bu gün doktor Rapayın çıxarışlarına görə, gənclərdə bizim üçün ənənəvi anlayışda vətənpərvərlik hissi yoxdur. Onlar şəhərdən şəhərə, ölkədən ölkəyə köçürlər. Ev adlandıraraq toplaşdığı müəyyən mərkəzlər var – Sinqapur, Dubay, London, Los-Anceles və s. Müasir gənclik bir neçə dildə danışır, son texnologiyalardan istifadə edir və müəyyən bir ölkənin deyil, dünyanın vətəndaşı hesab edir. Bu nəsil üçün ölkədə monarxiyanın və ya demokratiyanın hökm sürdüyü mühüm deyil. Daha mühüm olan – qanunun davamlılığı və aliliyidir: oyunun qaydaları hamı üçün şəffaf, anlaşılan və eyni olmalıdır. Bununla yanaşı gənclik yeni “evinin” seçimi zamanı riskləri proqnozlaşdıra bilər. Qərar qəbul edərkən bu, əsas meyardır. Kim isə təhlükəsizlik və təmizlik üçün söz azadlığından imtina edir, kim isə əksinə. Bu və ya digər ölkənin nə təklif etdiyi, həmin ölkədə hansı qanunların olduğu əsas deyil - əsas olan həmin qanunların hamı və hər kəs üçün işləməsidir.
Amma artıq bu konsepsiyada köhnəlir. Yeni nəsil əsl mənada rəqəmsaldır, yeni ümumdünya dili isə proqramlaşdırmadır. Artıq evini tərk etmədən başqa ölkədə e-rezidentlik almaq, orada bank hesabı açmaq və şirkət təsis etmək olar.
Bu qəbildən olan transformasiyalar dövlətin idarə edilməsində rəqəmsal epoxanın mövcud dəyişikliklərinə müvafiq yeni mexanizmlərin işlənməsini tələb edir. Bütün dünyanın rəqəmsal səthə keçdiyi bir zamanda davamlı inkişaf arzusunda olan ölkələrin rəqəmsal transformasiyanı qəbul etməkdən başqa seçimi qalmır.
Amma yeni dünyada bu da yetərli deyil; onun üçün ətrafda baş verənlərin sürəti maraqlıdır. “Yeni dünya” nümayəndələri üçün dərhal (instant) cavab, ani nəticə və təcili mükafat almaq vacibdir. Müvafiq olaraq “yeni dünya” üçün bütün dövlət xidmətlərinin bir düyməyə basma qədər yaxın olması, bir sözlə “dövlətin smartfonda” olması vacibdir. Hökumətin “nəyin yaxşı, nəyin isə pis olduğunu” həll etdiyi zaman haytek-şirkətlər yeni rəqəmsal dünyanı, öz utopiyasını yaradır, onu öz qaydalarına tabe edir. Hətta əgər bu qaydalar “yeni dünyaya” hər zaman aydın və aşkar deyilsə də o, “qəbul et” düyməsinə basaraq bu qaydalar ilə razılaşır. Köhnə dünyanın qaydalarının pozulmasına görə, texnoloji şirkətlərin ödəmək məcburiyyətində qaldığı rekord cərimə məbləğləri, onların yeni rəqəmsal qanunları yazmağının qarşısını almır. Yeni rəqəmsal messiyalar üçün məqsəd hər zaman vəsaitə bəraət qazandırır və pul ilə həll olunan problemlər – sadəcə məsrəfdir.
Bu səbəbdən də “yeni dünyaya” hansı qüvvələrin təsir etdiyini anlamaq çox vacibdir. “Yeni dünyanın” (proseslərin rəqəmsal tarnsformasiyası, yeni ali texnologiyaların istifadəsi, internet əşyalarının gündəlik həyata inteqrasiyası, müasir kommunikasiya və media vasitələri ilə informasiyanın ötürülməsi, böyük həcmdə məlumatların təhlilinin sürətinin artması, ümumilikdə innovativ partlayışların tezliyinin artırılması vasitəsilə) rəqəmsal dünyaya çevrilməsi yeni qüvvə olan – Rəqəmsal qüvvəni yaratdı. Bu qüvvənin hesabına 4-cü sənaye inqilabı çərçivəsində əsas lokomotivləri beynəlxalq təşkilat və dövlətlərdən çox, Transmilli şirkətlərin olduğu transmilli, sosial və siyasi hərəkatlar ilə müşayiət edilən yeni qlobal siyasi-iqtisadi mədəniyyət formalaşır.
Beləliklə də “Rəqəmsal qüvvə” – bu subyektin özündə “yeni dünya” nümayəndələrinin fiziki və ya virtual olaraq cəmləmək bacarığıdır. Bu nümayəndələr isə öz növbəsində innovasiyalar vasitəsilə onun gələcəkdə davamlı inkişafını və qlobal nüfuzunun artmasını təmin edirlər. “Yeni dünya” da yeni qüvvə kimi özündə yeniliklər daşıyır. “Rəqəmsal qüvvənin” konsepsiyası bu yeniliklərin təzahürü üçün vasitə olacaq!
Urxan Seyidov