“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının bu il ilk dəfə Türkiyənin hüqudlarından kənarda Azərbaycanda keçirilməsi iki ölkənin müttəfiqliyinin, qardaşlığının nümunəsidir”.
Bunu festivalla keçirilən mətbuat konfrasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Onun sözlərinə görə, festıvalın Bakıda keçirilməsini Türkiyədən olan həmkarı ilə müzakirə edib və ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində qısa müddətdə bu məsələ həll olunub.
"44 günlük Vətən müharibəsinin əsas qəhrəmanlarından biri “Bayraktar” dronları gənclərin texnologiyaya axınının əsas nümunəsidir. Festival gənclərimizin elmə texnologiyayaya marağının artmasına təkan verəcək. “TEKNOFEST” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün buraya dəvət edilmiş vençur fondları və mentorlarla əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq. Əminəm ki, Azərbaycan və Türkiyə gəncliyi “Bayraktar” kkmi texnoloji həllər təqdim də biləcəklər” – deyə nazir qeyd edib.
Report