Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Gürcüstana rəsmi səfəri başlayıb.
Nazir Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.
Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları da iştirak edib.
Nazir Tbilisinin mərkəzi "Qəhrəmanlar meydanı"nda Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil qoyub.
R.Nəbiyev ikigünlük səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.
Report