resm-ucun-xiaomi-planseti-teqdim-edilib

Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digital” planşetini təqdim edib.

İnsider.az xəbər verir ki, qurğu 10 və 13,5 düym diaqonallı ekranla olmaqla iki variantda təklif olunur. Planşetdə basılma gücünə həssas maye-kristal ekrandan istifadə edilib. “Mijia LCD Digital” planşetinin bir tərəfinə çəkisi 7 qram təşkil edən yüngül maqnit stilus bərkidilib.

Bildirilir ki, yeni “Xiaomi” qurğusunun ideyası qələm və kağızdan istifadə etmədən istənilən yerdə tez qeydlər etmək, hesablamalar aparmaq, eskiz və ya annotasiyalar yaratmaq imkanından ibarətdir. Yeni planşetin daha bir istifadə ssenarisi uşaqlara rəsm çəkməyi öyrətməkdir.

Çinin internet mağazalarında oxşar həllər mövcud olsa da, “Xiaomi” nümayəndələri qeyd edir ki, displeyin işinə bir sıra konstruksiya dəyişiklikləri edilərək onun kontrastlığı və dəqiqliyi artırılıb. Onların sözlərinə görə, qurğu vasitəsilə rəsm çəkmə hissi kağız və karandaşdan istifadə ilə eynidir. Bundan başqa, ekran göz üçün tam təhlükəsizdir.

10 düym diaqonallı “Mijia LCD Digital” planşetinin qiyməti 6 dollar, 13,5 düymlünün isə 14 dollar təşkil edir.

ICTnews