“Biz Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüf hissi keçiririk”.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun sosial şəbəkə hesabında da paylaşdığı Fransa XİN-in bəyanatında qeyd olunur.
“Fransa səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüblər. Belə hadisələrin bir daha baş verməməsi üçün ayıq-sayıqdırlar”, - deyə qurumdan vurğulanıb.
Xatırladaq ki, sentyabrın 18-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər.
Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.