ricard-brenson-kosmosa-ceff-bezosdan-once-seyahet-etdi-foto

Riçard Brenson kosmosa Ceff Bezosdan öncə səyahət etdi - FOTO

“Virgin Galactic”in rəhbəri Riçard Brtnson, Ceff Bezosun “Blue Origin”dən əvvəl suborbital uçuş həyata keçirdi. Raket-təyyarə kosmosla sərhədə qalxdı. Sərnişinlər çəkisizlik vəziyyətini yaşayaraq, Yer kürəsini 86 km yüksəklikdən müşahidə ediblər.

Foto: Andres Leighton / AP

Məktəblilər, suborbital uçuşdan əvvəl Virgin Galactic-in rəhbəri Riçard Brensonu mühasirəyə aldılar.



Foto: Andres Leighton / AP
Brensonun anası Evanın adını daşıyan təyyarə VMS Eva (Virgin MotherShip Eve), Nyu-Mexikodakı “Spaceport America”dan havaya qalxdı.


Foto: Virgin Galactic / Youtube

Daşıyıcı təyyarə, Brenson, üç astronavt və iki pilotun olduğu “Unity” raket-təyyarəsini təxminən 15 km yüksəkliyə çatdırdı.

 



Foto: Andres Leighton / AP
Sonra raket-təyyarəsi öz mühərrikini işə saldı və kosmosla sərhədə doğru yola çıxdı.



Foto: richardbranson / Twitter
“Uşaqlıqdan bəri bu barədə xəyal qururdum, amma kosmik uçuşlar xəyal qurduğumdan daha sehrli oldu”-  Brenson bildirib.


Foto: Virgin Galactic / Youtube
Raket-təyyarə demək olar ki, 86 km qalxdı. ABŞ-ın Milli Aviasiya və Kosmik İdarəsi 80 km işarəsini kosmosla sərhəd hesab edir. Lakin “Blue Origin”, Brensonun səyahətini kosmik uçuş adlandırmaqdan imtina etdi. Şirkət dəniz səviyyəsindən 100 km hündürlüyü kosmosla şərtli bir sərhəd kimi qəbul edir, eyni mövqeyə Beynəlxalq Aviasiya Federasiyası da riayət edir.


Foto: Virgin Galactic / Youtube
Brenson ilə birlikdə suborbital uçuşda “Virgin Galactic” Baş təlimatçı-astronavt Bet Mozes, Aparıcı Əməliyyatlar Mühəndisi Kolin Bennett və Hökumət Əlaqələri üzrə vitse-prezident Sirish Bundle də iştirak ediblər. Eyni zamanda, bu Mozes üçün ikinci uçuşdur, yalnız 22 fevral 2019-cu ildə o, yeganə sərnişin idi.


Foto: Virgin Galactic / Youtube
Raket-təyyarəsinin sərnişinləri Yerin bir hissəsini görə bilirdilər

 


Foto: richardbranson / Twitter
Onlar bir müddət çəkisizlik vəziyyətində keçirdilər.


Foto: Virgin Galactic / Youtube
Raket-təyyarə daha sonra “America” kosmik limana eniblər. Pilotlar onu əl rejimində yerə endirdilər: hərəkət edən quyruğudan istifadə edən raket-təyyarə yerə planer kimi enib.


Foto: Virgin Galactic / Youtube
“SpaceX”-in icraçı direktoru İlon Musk, Brensonu “möhtəşəm uçuş” münasibətilə təbrik edib, Bezos isə “kluba qatılmasını səbirsizliklə gözlədiyini” bildirib.


Foto: Virgin Galactic / Youtube
Brensonu xanımı Coan Templan, oğlu Sem və nəvələri qarşılayıb.