robotlar-80-ile-qeder-dunyani-idare-edecek

Robotlar 80 ilə qədər dünyanı idarə edəcək

İngiltərənin ən böyük alimi olan James Lovelock robotların 80 il müddətində dünyanı idarə edə biləcəklərini iddia edib.

Süni intellekt texnologiyalarının inkişafı ilə robotlar demək olar ki, hər sahədə istifadə olunmağa başlayıb. Gələcəkdə robotlar həm insanları, həm də dünyanı idarə edə bilərmi? Bu suala cavab axtaran İngiltərənin ən böyük elm adamı James Lovelock yarı maşın yarı insan görünüşlü robotların 80 il ərzində dünyanı idarə edə biləcəklərini iddia edib.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, 100 yaşındakı elm insanı Lovelock, bunun qorxuducu bir şey olmadığın: "Onların bizim yerimizi alacağını düşünmək axmaqlıq. Bitkilərlə birlikdə yaşayabildiğimiz kimi onlarla da birlikdə yaşaya bilərik. Onlar bizi öldürməzlər". -söyləyib.

 "İnsanların robotları bizim nəzarətimiz olan və hər söylədiyimizi edəcək kölələr olaraq düşünməsi məni olduqca narahat edir. Onlar bizi, bizim bitkiləri gördüyümüz şəkildə görəcəklər, yəni daha yavaş canlılar olaraq".

Digər tərəfdən Google və Microsoftun köhnə idarəçisi Kai-Fu Lee, robotların 15 il içərisində insanların etdiyi işləri yarısını ala biləcəyini düşünür. Li bunu sənaye inqilabındakı fermerlərin vəziyyətinə bənzədir.

Nübar Lətifli