ruhani-trampa-danisiqlar-aparmagi-teklif-edib

Ruhani Trampa danışıqlar aparmağı təklif edib

ABŞ həqiqətən də müzakirə aparmaq istəyirsə, İran İslam Respublikası danışıqlara hazırdır. Amma ilk növbədə Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları aradan qaldırmalıdır.

İnsider.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani dövlət televiziyasına müsahibəsində belə bəyanatla çıxış edib.

H.Ruhani bildirib ki, ABŞ-ın nüvə sazişinə necə yanaşmasından asılı olmayaraq İran danışıqlara hazır idi.

Bir müddət əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, amerikalı senator ona ABŞ Prezidenti Donald Trampla görüşmək təklifini edib, nazir isə bu görüşdən imtina edib.

©Oxu.az