rusiya-bir-sira-olkelerden-qida-idxali-ile-bagli-embarqonun-muddetini-uzadib

Rusiya bir sıra ölkələrdən qida idxalı ilə bağlı embarqonun müddətini uzadıb

Rusiya hökuməti ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən qida məhsullarının idxalı ilə bağlı tətbiq etdiyi embarqonun müddətini 2020-ci ilin sonuna qədər uzadıb.

İnsider.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, 2014-cü ilin avqust ayında Rusiya prezidenti Vladimir Putin anti-Rusiya sanksiyalarını tətbiq edən ölkələrdən bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən qida məhsullarının və xammalın idxalını qadağan edən fərman imzalayıb. Bu dəfə embarqonun müddətinin uzadılması iyunun 20-də Avropa İttifaqı Şurasının Rusiyaya qarşı sanksiyalarının müddətinib daha 1 il uzadılmasına cavab xarakteri daşıyıb.

© Report.az