Rusiya Prezidenti Vladimir Putin Gürcüstanda keçirilən Rusiya əleyhinə etirazların ardından Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçmasını müvəqqəti olaraq qadağan edən fərmanı imzalayıb.
İnsider.az xəbər verir ki, Putin tərəfindən imzalanan fərmana görə, Rusiya hava yolu şirkətlərinin Gürcüstana uçması 8 iyuldan etibarən müvəqqəti olaraq qadağan olunub.
Gürcüstanda olan Rusiya vətəndaşlarının vətənə qayıdışı üçün lazımi dəstəyin təmin edilməsi tapşırığının verildiyi fərmanda, tur şirkətlərinə də Gürcüstana tur satışlarını dayandırmaq tövsiyəsi verilib.
Tiflisdəki hadisələr
Gürcüstanda müxalifət və minlərlə insan, Rusiya heyətinin 26-cı Pravoslav Parlamentlərarası Baş Assambleyasına qoşulması və Rusiyalı deputat Gavrilovun Parlament sədri qismində çıxış etməyi səbəbindən etiraz üçün Parlament qarşısında toplaşmışdı.
Etirazçılar dünən gecə saatlarında Tiflisdə Parlamenti mühasirəyə alaraq içəri girməyə çalışmış, polislə aralarında qalmaqal baş vermişdi. Hadisə yerində təhlükəsizlik tədbirlərini görən hüquq-mühafizə orqanları isə etirazçıları dağıtmaq üçün bibər qazı, plastik güllə və təzyiqli su istifadə edib. Polis qüvvələri səhər saatlarına qədər Tiflis küçələrinə səpələnmiş etirazçıları nəzarətə götürmək əməliyyatını davam etdirib.
Yerli mətbuatdakı xəbərlərə görə, hadisələrdə aralarında polis, etirazçı və jurnalistlərin olduğu 240 nəfər yaralanıb. Yaralıların xəstəxanalarda müalicələri davam edir.
©Marja